İdman · Publika.az

İnfantino “Sabah” - “Qarabağ” oyunundan yazdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İnfantino “Sabah” - “Qarabağ” oyunundan yazdı xəbəri üçün şəkil

“Bakıda keçirilən rəqabətli oyunda “Sabah” və “Qarabağ” xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər”.

Publika.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabında yazıb.

Ali futbol qurumunun rəhbəri Misli Premyer Liqasının IX turunda keçirilmiş matçı stadiondan izlədiyini bildirib:

“Bakıda keçirilən rəqabətli oyunda “Sabah” və “Qarabağ” xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FIFA Şurasının üzvləri Yuhanna Vud və Rodolfo Vilyalobos, “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və digər qonaqlarla bir arada olmaqdan şadam.

Belə möhtəşəm atmosfer yaradaraq futbolun insanları necə birləşdirdiyini və sevinclə əhatə etdiyini bir daha sübuta yetirdiklərinə görə hər iki kluba, bütün azarkeşlərə təşəkkür edirəm”.

Xatırladaq ki, ötən gün Mərdəkandakı “Sabah Arena”da baş tutan “Sabah” – “Qarabağ” oyunu qolsuz başa çatıb.

Publika.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑