İdman · Bizim.Media

İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım – FOTO xəbəri üçün şəkil

“Bakıda “Sabah” və “Qarabağ” komandalarının rəqabətli qarşılaşmada xalları bölüşməsi Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdi”.

Bizim.Media xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino “Instagram” hesabında yazıb.

O bildirib ki, Misli Premyer Liqasının IX turunda baş tutan qarşılaşmanı izləməkdən məmnunluq hissi keçirib:
 

“Oyunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA-nın prezidenti Rövşən Nəcəf, FIFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FIFA Şurasının üzvləri - Yohanna Vud və Rodolfo Vilyalobos, eləcə də “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə izləmək məni xoşbəxt etdi.


Belə möhtəşəm atmosfer yaratdıqları üçün hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları bir araya gətirdiyini və sevinc bəxş etdiyini sübut edir”.


Bizim.Media
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑