İdman · Publika.az

Yamal o qadına heyran olub: “Mənim kraliçamdır”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yamal o qadına heyran olub: “Mənim kraliçamdır” xəbəri üçün şəkil

“Barselona”nın gənc ulduzu Lamin Yamal çətin uşaqlıq illərindən və ailəsinin yaşadığı maddi sıxıntılardan danışıb.

Publika.az xəbər verir ki, 19 yaşlı futbolçu “Resonancia de Corazón” podkastına müsahibəsində anası Şeyla Ebana ilə bağlı xatirələrini bölüşüb. Yamal ailəsinin əvvəllər çox sadə şəraitdə yaşadığını bildirib: “Mətbəxlə yataq otağının eyni yerdə olduğu bir mənzildə yaşayırdım”.

İspaniyalı futbolçu qazandığı uğurların onun üçün ən böyük dəyərinin ailəsinin həyatını dəyişdirmək olduğunu deyib. O, anasına istədiyi yerdə ev aldığını vurğulayıb: “Anamdan harada yaşamaq istədiyini soruşdum və ona ‘harada istəyirsənsə’ dedim. İndi onun istədiyi hər şey var”.

Yamal anasının və kiçik qardaşının daha yaxşı həyat yaşamasının onu ən çox sevindirən məqam olduğunu söyləyib: “Anamı xoşbəxt görürəm, qardaşımın mənim arzuladığım uşaqlığı yaşadığını görürəm. Məni əsl xoşbəxt edən də budur”.

Gənc ulduz uşaqlığı boyunca ona dəstək olan anasına xüsusi sözlər də həsr edib: “O mənim kraliçamdır, sahib olduğum ən qiymətli şeydir. O, hər bir uşağın arzuladığı anadır”.

Yamalın sözlərinə görə, anası onun futboldakı istedadına baxmayaraq, təhsilini başa vurmasını həmişə ön planda saxlayıb. Hətta dərslərinə kifayət qədər diqqət ayırmadığı halda futbol oynamasına icazə verməyəcəyini deyərək onu ciddi şəkildə nəzarətdə saxlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑