İdman · Azxeber.com

Montella 300 min avrodan çox alacağı borcdan imtina etdi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Montella 300 min avrodan çox alacağı borcdan imtina etdi xəbəri üçün şəkil
Türkiyənin 2-ci liqa təmsilçisi "Adana Dəmirspor" futbol klubu Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanının keçmiş dövrlərdən qalan 330 000 avro məbləğindəki alacağı borcdan imtina etdiyini elan edib.
Bu barədə klubun rəsmi saytı xəbər verir.
"2021-2023-cü illər arasında klubumuzun əsas komandasının baş məşqçi vəzifəsini icra edən və hazırda milli komandamızın baş məşqçisi olan Vinçentso Montella 5 sentyabr 2026-cı ildə əldə olunmuş şifahi razılaşmaya əsasən, keçmiş dövrlərdən qalan 330 000 avro məbləğindəki alacağı borcdan "Adana Dəmirspor" lehinə imtina etdiyini rəsmən bizə bildirib.
Bu vacib jestə və fədakarlığa görə Montellaya səmimi qəlbdən təşəkkür edir, gələcək fəaliyyətində ona uğurlar arzulayırıq" , - deyə klubun bəyanatında bildirilir.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑