Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın sükanı arxasında uğursuz statistik göstərici ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi ilk 18 oyunda Braziliya yığması cəmi 10 qələbə qazanıb.
Bu nəticə beşqat dünya çempionunun tarixində baş məşqçilərin ilk 18 qarşılaşması üzrə ən aşağı qələbə faizi olub. Ançelottinin komandası bu görüşlərin yalnız 55,6 faizində qalib gəlib.
Qeyd edək ki, Ançelotti Madrid “Real”ından ayrıldıqdan sonra Braziliya millisinin baş məşqçisi təyin olunub. O, son onilliklərdə yığmaya rəhbərlik edən ilk əcnəbi mütəxəssis olub.






