İdman · İdman.biz

Polis “Liverpul” azarkeşlərinin “Mançester Siti”nin avtobusuna mümkün hücumuna hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Polis “Liverpul” azarkeşlərinin “Mançester Siti”nin avtobusuna mümkün hücumuna hazırlaşır xəbəri üçün şəkil

İngiltərə Premyer Liqasının altıncı turunda keçiriləcək “Liverpul” - “Mançester Siti” matçı ərəfəsində qonaq komandanın avtobusuna mümkün hücumla bağlı narahatlıq yaranıb.

İdman.Biz “The Sun” nəşrinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə “Liverpul” azarkeşlərini oyundan bir neçə saat əvvəl “Mançester Siti”nin avtobusunu qarşılamağa çağıran paylaşımlar yayılıb.

Həmin paylaşımlarda azarkeşlərdən özləri ilə bayraqlar, pirotexniki vasitələr və siqnal fişəngləri gətirmələri istənilib.

Məlumata görə, Mersisayd polisi sosial şəbəkələrdəki çağırışlardan xəbərdardır və son bir həftə ərzində mümkün insidentlərin qarşısını almaq üçün müvafiq fəaliyyət planı hazırlayıb.

“Mançester Siti” rəhbərliyi də vəziyyətdən narahatdır. Buna səbəb komandanın avtobusunun əvvəlki illərdə “Liverpul” azarkeşlərinin hücumlarına məruz qalmasıdır.

Xüsusilə 2018-ci ildə baş verən insident zamanı “şəhərlilər”in avtobusu ciddi zədələnmiş və sonrakı səfərlər üçün yararsız hesab edilmişdi.

Qeyd edək ki, “Liverpul” - “Mançester Siti” qarşılaşması oktyabrın 11-də “Enfild” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑