İdman · Futbolpress.az

Olimpiya çempionu mübarizəyə başlayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Olimpiya çempionu mübarizəyə başlayır xəbəri üçün şəkil

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 9-da Azərbaycan millisinin üzvü Zelim Kotsoyev tatamiyə çıxacaq.

Futbolpress.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu olan Kotsoyev kişilərin -100 kq çəki dərəcəsində mübarizə aparacaq.

Cüdoçumuz yarışa 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.

Milli Gimnastika Arenasında təsnifat görüşləri saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑