İdman · İdman.biz

“Real” və “Barselona” 16 yaşlı istedad uğrunda mübarizədə önə çıxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Real” və “Barselona” 16 yaşlı istedad uğrunda mübarizədə önə çıxdı xəbəri üçün şəkil

“Mançester Yunayted”in 16 yaşlı futbolçusu Cey-Cey Qabriel Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb. Futbolçunun transferində əsas favoritlər Madrid “Real”ı və “Barselona” hesab olunur.

İdman.Biz “Sky Germany”yə istinadən xəbər verir ki, gənc futbolçu ilə “Bavariya” və PSJ də maraqlanır. Lakin Qabrielin karyerasını İspaniyada davam etdirməyə üstünlük verməsi La Liqa təmsilçilərinin şansını artırır.

“Real” artıq futbolçu və onun nümayəndələri ilə fəal danışıqlar aparır. Bununla belə, Qabrielin ətrafı yekun qərar verməzdən əvvəl digər maraqlı klublarla da təmasları davam etdirir.

Transferin ümumi maliyyə paketinin 10-15 milyon avroya (20-30 milyon manat) çatacağı bildirilir. Bu məbləğə kompensasiya, futbolçunun maaşı, bonuslar və digər ödənişlər daxildir. Halbuki daha əvvəl “Mançester Yunayted”in yalnız 300 min avro hazırlıq kompensasiyası tələb edəcəyi gözlənilirdi.

Məlumata görə, Qabrielin nümayəndələri futbolçu üçün illik bir milyon avrodan çox maaş da istəyirlər. Bu səbəbdən maliyyə şərtləri transfer uğrunda mübarizədə həlledici rol oynaya bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑