Azərbaycan Kubokunda birinci təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, mərhələnin son oyun günündə bir qarşılaşma baş tutacaq.
“Ağdaş” komandası doğma meydanda “Hypers”i qəbul edəcək.
Azərbaycan Kuboku
Birinci təsnifat mərhələsi
9 oktyabr
14:30. “Ağdaş” - “Hypers”
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Ağdaş şəhər stadionu
Qeyd edək ki, mərhələnin əvvəlki oyunlarında “Qaradağ Lökbatan” “Şəki”ni 12:0, “Ağstafa Gəncləri” “Şəmkir”i 5:1, “Zəngəzur” “Difai”ni 3:1, “Marafon” “Dinamo”nu 3:0, “Kür-Araz” isə “Şirvan”ı 3:1 hesabı ilə üstələyib.




