Frank Lempard "Çelsi"də Roman Abramoviçin gəlişi və komandanın uğurları barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, hazırda "Koventri"nin baş məşqçisi olan Lempard karyerası ərzində "Çelsi" və "Mançester Siti"də keçirdiyi illəri dəyərləndirib.
O bildirib ki, "Çelsi"yə Abramoviç gəldikdən sonra hamı komandanın çempionluğu pulla aldığını deyirdi, lakin onlar "Mançester Yunayted" kimi güclü rəqibləri – Skoulz, Bekhem, Runi və başqalarını məğlub etməli olublar.
"Mən heç vaxt özümü imtiyazlı hesab etməmişəm. 36 yaşımda "Çelsi"dən ayrıldıqdan sonra Nyu-Yorka getmək imkanım var idi, amma "Mançester Siti"dən təklif aldım və bu, mənim üçün böyük şərəf idi. Orada mənə çox yaxşı münasibət göstərdilər. Futbolçu olduğum dövrdə yalnız oynamağı və nəsə qazanmağı düşünürdüm. "Çelsi"də bunu bacardıq. İndi isə bu mövzuda müzakirələrə qoşulmaq istəmirəm, çünki o vaxt başımı aşağı salıb, əla komanda yoldaşlarımla birlikdə oynayırdım. "City Group"da keçirdiyim dövr də mənim üçün çox maraqlı oldu", – deyə Lempard vurğulayıb.




