Oktyabrın 7-də Argentina millisi ilə vida matçına çıxan Lionel Messi “İnter Mayami”nin düşərgəsinə qayıdıb.
Futbolpress.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Argentinalı hücumçu son məşqdə iştirak edib.
Messinin vida matçında “tanqoçular” Beninə qalib gəlib – 3:0. Argentinalı hücumçu oyunda bir qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.
Messi milli komandada 208 oyunda 126 qol vurub, 70 məhsuldar ötürmə edib.



