“Real Madrid”in bir qrup azarkeşinin şənbə günü “Santyaqo Bernabeu” stadionunda keçiriləcək “Vilyarreal”la oyunda Kilian Mbappeni fitə basacağı gözlənilir.
İdman.Biz İspaniya mətbuatına istinadən xəbər verir ki, narazılığın əsas səbəbləri Madrid derbisindəki məğlubiyyət və fransalı futbolçunun milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı davranışlarıdır.
“Real Madrid”in “Atletiko”ya 1:2 hesabı ilə uduzduğu derbidən sonra Mbappenin müsahibəsində klubdan daha çox öz butsları barədə danışması da azarkeşlərin narazılığına səbəb olub. Bundan başqa, futbolçunun Fransa millisinin düşərgəsini tərk etməsi və ölkəsində qalması ətrafında yaranan müzakirələr narazılığı artırıb.
Qeyd edək ki, “Real Madrid” - “Vilyarreal” qarşılaşması oktyabrın 10-da keçiriləcək.




