İdman · AZƏRTAC

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub xəbəri üçün şəkil

Bakı, 9 oktyabr,

Azərbaycan millisinin üzvü Zelim Kotsoyev Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında tatamiyə çıxıb.

AZƏRTAC xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu olan Kotsoyev 100 kiloqram çəki dərəcəsində mübarizə aparıb.

Yarışa 1/32 final mərhələsindən başlayan idmançı bu raundda Türkmənistan təmsilçisi Baymırat Majanovu, 1/16 finalda isə slovakiyalı Benyamin Mataseyi ipponla məğlub edib. İdmançı 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyana uduzaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Hazırda Azərbaycanın aktivində 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 5 medal var.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑