Fransanın paytaxtı Parisdə keçirilən Qran-pri turnirində gümüş medala sahib çıxan Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun əsas hədəfi dünya çempionatında qızıl mükafat qazanmaqdır.
58 kq çəki dərəcəsəsində ikinci yeri tutan idmançı yarışla bağlı təəssüratlarını bölüşüb.
“Qarşıda daha iki böyük yarışımız olacaq. Dünya çempionatı və Qran-pridə çıxış edəcəyəm. Hər iki turnirdə qızıl medal qazanmaq əsas məqsədimdir. Parisdəki səhvləri həmin yarışlarda təkrarlamamağa çalışacağam”, - deyə o report.az-a açıqlamasında söyləyib.
S.Zeynalov Qran-pri seriyasının çətin olduğunu söyləyib:
“Parisdəki turnirin də səviyyəsi yaxşı idi. Fransaya qızıl medal üçün gəlmişdim. Amma gümüş mükafatla kifayətlənməli oldum. Yarışda birinci yeri tutmaq istəyirdim. Amma təəssüf ki, alınmadı”.



