İdman · Apasport.az

“Barselona”nın ulduzu “Qalatasaray”la oyunu buraxacaq? – Flik açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Barselona”nın ulduzu “Qalatasaray”la oyunu buraxacaq? – Flik açıqladı xəbəri üçün şəkil

“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın futbolçusu Rafinyanın “Qalatasaray”la qarşılaşmada iştirak etməyəcəyini açıqlayıb.

Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssis mətbuat konfransında braziliyalı hücumçunun zədəsini sağaltdığını, lakin onunla bağlı riskə getmək istəmədiklərini dilə gətirib:

“Rafinya müəyyən narahatlıq hiss edir. Bu, ciddi zədə deyil, amma diqqət yetirilməli vəziyyətdir. O, əvvəllər də dəfələrlə zədələnib. Buna görə də onu qorumalıyıq. Sabah “Xetafe”yə qarşı keçiriləcək oyunda da, “Qalatasaray”la görüşdə də meydana çıxmayacaq”.

Flik 29 yaşlı futbolçunun Braziliya millisinə dəvət olunmasına da münasibət bildirib:

“Milli komandadan söhbət gedəndə hər kəs öz ölkəsi üçün oynamaq istəyir. Rafinya da eyni düşüncədədir. Oyun təqvimini dəyişə bilmərik”.

Qeyd edək ki, “Qalatasaray” – “Barselona” qarşılaşması oktyabrın 13-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑