İdman · Yeni Sabah

Arteta “Arsenal”ın ofisini darmadağın edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arteta “Arsenal”ın ofisini darmadağın edib xəbəri üçün şəkil

"Arsenal"ın baş məşqçisi Mikel Arteta London klubundakı ilk iş günündə reallaşdırdığı qeyri-adi və riskli addımı barədə sensasion etiraf edib. İspaniyalı mütəxəssis kollektivi sarsıtmaq və komandadakı ab-havanı kökündən dəyişmək üçün ilk gündən radikal addım atdığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, Arteta həmin anları bu sözlərlə xatırlayıb:

“"Arsenal" klubunun yeni baş məşqçisi kimi ilk günümdə ofisi darmadağın etdim. Kompüterləri, notbukları, kabelləri — hər şeyi yerə atdım. Sonra hamını içəri çağırdım. Dedim: “Əgər peşənizdən, həyatınızdan və hamımızın bölüşdüyü bu çılğınlıqdan zövq almağınıza kömək etməyimi istəyirsinizsə, hər şeyi qaydaya salmaq və birlikdə işləməyə hazır olmaq üçün cəmi iki dəqiqəniz var”. Bu, məşqçilik karyeramın sonu ola bilərdi. Çünki hər şey əvvəlki kimi qalsaydı, artıq işim olmayacaqdı!”. Dördpendirli pizza

Mütəxəssisin bu psixoloji gedişi klubda yeni intizam və birlik erasının təməlini qoyan əsas dönüş nöqtələrindən biri kimi qiymətləndirilir.

Nazim Hacıyev

 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑