İdman · Yeni Sabah

“Barselona”da ağır itki

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Barselona”da ağır itki xəbəri üçün şəkil

"Barselona"nın baş məşqçisi Hansi Flik komandanın Rafinyanın yaxınlaşan mühüm matçlarda iştirak edə bilməyəcəyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, mətbuat konfransında zədə situasiyasına toxunan almaniyalı mütəxəssis hücumçunun fiziki durumu ilə bağlı risk etmək istəmədiklərini deyib:

“Rafinya "Xetafe" və "Qalatasaray" ilə oyunlarda meydanda ola bilməyəcək. Bu ciddi bir zədə deyil, lakin biz ehtiyatlı olmalıyıq”. pizza mizza

Braziliya milli komandasının heyətindən kiçik narahatlıqla qayıdan ulduz futbolçunun yoxluğu Kataloniya təmsilçisi üçün həm La Liqa, həm də UEFA Çempionlar Liqasındakı mühüm qarşılaşmalar öncəsi ciddi itki kimi qiymətləndirilir.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑