İngiltərənin "Arsenal" komandası ilə müqaviləsinin müddətini uzadan Mikel Artata ən çox maaş alan baş məşqçilər siyahısında liderliyə yüksəlib.
Milli.Az report-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis ildə təxminən 26 milyon avro qazanacaq.
Əvvəl onun mövsümlük qazancı təxminən 17,3 milyon avro təşkil edirdi.
İllik 25,7 milyon avro gəlirlə "Əl-Hilal"ın (Səudiyyə Ərəbistanı) baş məşqçisi Simone İnzaqi ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü 23,2 milyon avro qazancla İspaniyanın "Atletiko" komandasında Dieqo Simeone tamamlayır.
Xatırladaq ki, Mikel Artetanın yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulub. 2019-cu ildən London təmsilçisində işləyən mütəxəssis 2025/2026 mövsümündə komanda ilə İngiltərə Premyer Liqasının qalibi olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)




