İdman · Publika.az

“İnter” qiymət kəsdi: 100 milyondan aşağı satılmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“İnter” qiymət kəsdi: 100 milyondan aşağı satılmayacaq xəbəri üçün şəkil

“İnter” İtaliya millisinin hücumçusu Françesko Pio Espozitonu 100 milyon avrodan aşağı qiymətə satmağa hazır deyil.

Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbələrinə görə, “Arsenal” Espozitonu yaxından izləyir və İtaliyanın Türkiyə ilə son oyununa skautlar göndərib. London klubu əvvəllər oyunçunun mümkün transferi ilə bağlı sorğular etmişdi, lakin “İnter” danışıqlara başlamaq istəmədiyini göstərmişdi.

İtaliya çempionu Espozitonu uzunmüddətli layihənin əsas hissəsi hesab edir və onu satmaq planları yoxdur. Yalnız ən azı 100 milyon avroluq təklif “İnter”in mövqeyini dəyişə bilər.

Espozitonun müqaviləsi bir ay əvvəl 2032-ci ilin yayına qədər uzadılıb. “Transfermarkt” 21 yaşlı hücumçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Publika.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑