İdman · SİA

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur xəbəri üçün şəkil

Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOC) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya Həmrəyliyi Forumu öz işinə başlayıb.

Milli Olimpiya Komitəsindən (MOK) SİA-ya bildirilib ki, forumda ölkəmizi MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.

Forumun ilk günü 46-cı Avropa Olimpiya Komitələrinin (AOK) seminarı və Olimpiya Həmrəyliyi Formunun rəsmi açılış mərasimi ilə başlayıb. Tədbirdə Xorvatiya Olimpiya Komitəsinin prezidenti Yosip Varvodiç, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və Xorvatiyanın Turizm və İdman Nazirliyinin dövlət katibi Yosip Paviç çıxış ediblər.

Forumda 11-ci Avropanın ən yaxşı gənc idmançısı üçün nəzərdə tutulan “Pyotr Nurovski” mükafatının təqdimat mərasimi keçirilib. Forum çərçivəsində 2027-ci il Qış və Yay Avropa Gənclər Olimpiya Festivalları, İstanbulda keçiriləcək IV Avropa Oyunları və “Los-Anceles-2028” Yay Olimpiya Oyunları üzrə müzakirələr aparılacaq, plenar iclaslar və birgə işçi sessiyaları keçiriləcək.

AOC-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑