“Neftçi” Misli Premyer Liqasının VII turunda bu gün “Sabah”ı qəbul edəcək. Futbolpress.az xəbər verir ki, “Palms Sports Arena”da baş tutacaq matç üçün artıq 5000 bilet satılıb. Fanatlar fiziki biletləri bu gün stadionu kassasından əldə edə bilərlər. “Neftçi”- “Sabah” oyununa saat 19:30-da start veriləcək. Hər iki komandanın 6 turdan sonra 15 xalı var.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumunda iştirak edirlər.
Bu barədə Adalet.az-a MOK-dan məlumat verilib.
Forumda ölkəmizi Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlx