İdman · Apasport.az

Kroos məşqçiliyə başlayır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kroos məşqçiliyə başlayır xəbəri üçün şəkil

“Real” və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos məşqçilik karyerasına başlamağa hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 36 yaşlı keçmiş yarımmüdafiəçi İspaniya Kral Futbol Federasiyasına (RFEF) müraciət edərək növbəti mövsümdə sabiq futbolçular üçün nəzərdə tutulan xüsusi məşqçilik kurslarında iştirak etmək niyyətini bildirib.

Almaniyalı mütəxəssis kursları başa vurduqdan sonra A kateqoriyalı məşqçilik lisenziyası əldə edə biləcək.

Qeyd edək ki, Toni Kroos 2024-cü ilin yayında futbolçu karyerasını başa vurub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑