Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Futbolpress.az xəbər verir ki, o, 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyanla qarşılaşıb. Görüşdə məğlub olan Zelim yarışla vidalaşıb.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.



