İdman · Offsideplus.az

AMADA “Kəpəz”də seminar keçirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AMADA “Kəpəz”də seminar keçirdi xəbəri üçün şəkil
AMADA “Kəpəz”də seminar keçirdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Kəpəz" klubunda seminar təşkil olunub. Maarifləndirici xarakter daşıyan seminara "Kəpəz" Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandasının, eləcə də məşqçi və texniki heyətinin üzvləri qatılıblar.

Offsideplus.az klubun mətbuat xidmətinə əsasən xəbər verir ki, AMADA-nın nümayəndəsi dopinq istifadəsinin insan sağlamlığına vurduğu zərərlər, idmançı karyerasını ciddi risklər altında qoyduğunu nəzərə çatdırıb. O, iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları barədə danışıb. 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəxalq standartlardakı yeniliklər barədə ətraflı məlumat verilib.

"Kəpəz"in məşqçiləri və yeniyetmə futbolçuları onları maraqlandıran sualları səsləndiriblər, antidopinq biliklərinin artırılması üçün zəruri məlumatları öyrəniblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑