İdman · AZƏRTAC

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq xəbəri üçün şəkil

Bakı, 9 oktyabr,

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 9-da Azərbaycan millisinin üzvü Zelim Kotsoyev tatamiyə çıxacaq.

AZƏRTAC xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu olan Kotsoyev kişilərin -100 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.

Cüdoçumuz yarışa 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.

Milli Gimnastika Arenasında təsnifat görüşləri saat 10:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Hazırda Azərbaycanın aktivində 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 5 medal var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑