İdman · Publika.az

Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki... xəbəri üçün şəkil

Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündə ittiham olunan tibb işçiləri üçün 4 ildən 12 ilədək həbs cəzası istəyib.

Publika.az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.

Məhkəmə debatları zamanı dövlət ittihamçıları təqsirləndirilən şəxslərin hər biri ilə bağlı cəza tələblərini açıqlayıblar. Ən ağır cəza - 12 il həbs neyrocərrah Leopoldo Lukke üçün tələb olunub. Prokurorlar "Swiss Medical" şirkətinin koordinatoru Nensi Forlini 10 il, psixiatr Aq ustina Kosaçovu isə 8 il müddətinə azadlıqdan məhrum etməyi istəyiblər.

Bundan əlavə, ittiham tərəfi psixoloq Karlos Dias üçün 5 il həbs cəzası tələb edir. Tibb qardaşları Rikardo Almiron və Mariano Perronini isə peşə fəaliyyəti ilə məşğul olmaq qadağası ilə yanaşı, 4 ilədək həbs cəzası gözləyir.

Tibb işçiləri ehtiyatsızlıqdan adam öldürməkdə və cinayətkar səhlənkarlıqda ittiham olunurlar. İstintaq hesab edir ki, lazımi tibbi yardım göstərilsəydi, idmançının ölümünün qarşısını almaq mümkün olardı.

Dieqo Maradona 2020-ci il noyabrın 25-də vəfat edib. Ölümünə xroniki ürək çatışmazlığı fonunda yaranan kəskin ağciyər ödemi səbəb olub. Vəfatından iki həftə əvvəl o, təcili əməliyyat olunub və əməliyyatdan sonra qısa müddətdə xəstəxanadan evə buraxılıb.

İşə baxılması bir illik fasilədən sonra aprel ayında yenidən başlayıb.

Hüseyn İbadlı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑