Beynəlxalq Basketbol Federasiyası (FIBA) 2027-ci ildə Qətərin Doha şəhərində keçiriləcək kişilər arasında Dünya Kubokunun rəsmi maskotunu təqdim edib.
Publika.az xəbər verir ki, “Suhayl” adlı talisman eyniadlı ulduza istinadən seçilib. Əsrlər boyu bu ulduz Fars körfəzi bölgəsində dənizçilər, köçərilər və mirvari dalğıcları üçün bələdçi rolunu oynayıb.
Onun səmada görünməsi ənənəvi olaraq şiddətli yay istisinin sonu ilə əlaqələndirilir. Talismanın dizaynı ulduz və meteorit parçalarını simvolizə edən kristal üzləri və metal elementləri özündə birləşdirir.
Dünya Kuboku 27 avqust – 12 sentyabr 2027-ci il tarixlərində 32 komandanın iştirakı ilə keçiriləcək. Turnirə ilk dəfə Yaxın Şərq ölkəsi ev sahibliyi edəcək. Bundan əlavə, ilk dəfə olaraq bütün Dünya Kuboku oyunları tək bir şəhərdə keçiriləcək.






