İdman · İdman.biz

Arsen Venger Bakıdakı dünya çempionatından danışdı: “Hər şey mükəmməl işləyir”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arsen Venger Bakıdakı dünya çempionatından danışdı: “Hər şey mükəmməl işləyir” xəbəri üçün şəkil

FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda keçirilən U-15 dünya çempionatı və festivalının təşkilati formatını yüksək qiymətləndirib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis 189 ölkənin iştirak etdiyi turnirin gözləntiləri doğrultduğunu bildirib.

“Deyərdim ki, hər şey mükəmməl işləyir. Biz 11 nəfərlik deyil, daha az oyunçunun iştirak etdiyi format istəyirdik. Çünki ölkələr arasındakı səviyyə fərqi çox böyük olardı. Həmçinin matçların daha qısa olmasını istəyirdik ki, bütün komandalar bir-biri ilə qarşılaşmaq imkanı qazansın”, - deyə Venger vurğulayıb.

FIFA rəsmisi yarışın əsas məqsədinin dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmələrə öz bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaq olduğunu vurğulayıb.

“Hər bir istedada şans vermək dedikdə, məhz imkan yaratmaq nəzərdə tutulur. Buraya gəlib oynaya və yüksək səviyyəli futbolda özlərinə yer tapmaq üçün kifayət qədər bacarıqlı olduqlarını görə bilərlər”, - deyə o qeyd edib.

Vengerin sözlərinə görə, belə yarışlar xüsusilə futbol baxımından kiçik ölkələrin təmsilçiləri üçün böyük əhəmiyyət daşıyır:

“Həyatda hansısa idman növünə həvəsin varsa, öz səviyyəni bilmək istəyirsən. Buna görə hamı ilə oynamalısan. Kiçik ölkələrin komandaları böyük ölkələrin təmsilçiləri ilə qarşılaşmalıdırlar. Sonra onlar evlərinə arzular və xoş xatirələrlə, eyni zamanda, inkişaf etmək üçün hansı istiqamətlərə diqqət yetirməli olduqlarını bilərək qayıda bilərlər. Çünki artıq öz səviyyələrini tanıyırlar”.

Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatı səkkiz nəfərlik komandalar arasında təşkil olunur. Qarşılaşmalar hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarətdir.

Turnirdə FIFA-nın İstedadların İnkişafı Proqramına daxil olan akademiyalardan 554 futbolçu iştirak edir. Beynəlxalq futbol qurumunun məqsədi bu formatda yarışı hər il təşkil etməkdir.

Oktyabrın 24-də başlayan dünya çempionatı və festivalı ayın 30-da başa çatacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑