İdman · Axar.az

"Böyük Dəbilqə"də çempion olan ilk azərbaycanlı qadın...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Böyük Dəbilqə"də çempion olan ilk azərbaycanlı qadın... xəbəri üçün şəkil

Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Axar.az xəbər verir ki, finalda türkiyəli Merve Azak ilə qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri oktyabrın 31-də başa çatacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑