İdman · Azxeber.com

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Vyetnam yığmasına məğlub olub xəbəri üçün şəkil
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda Vyetnam yığmasına məğlub olub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv rəqibinə 2:4 hesabı ilə uduzub.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl Çili yığmasına uduzub (1:3), ardınca Cəbəllütariq seçməsini 5:1, Mozambiki isə 4:1 hesabı ilə məğlub edib.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑