İdman · İdman.biz

“Espanyol”ın sabiq hücumçusu 62 yaşında vəfat etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Espanyol”ın sabiq hücumçusu 62 yaşında vəfat etdi xəbəri üçün şəkil

“Espanyol”ın sabiq futbolçusu Mişel Pineda 62 yaşında vəfat edib.

İdman.Biz xəbər verir ki, bu barədə Barselona klubunun kommunikasiya direktoru Andres Merelyo məlumat verib.

Keçmiş futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Pineda 1984-1990-cı illərdə “Espanyol”un formasını geyinib. O, bu müddətdə 233 matçda meydana çıxıb və 73 qol vurub.

Sabiq hücumçu 1987-ci ildə komandasının La Liqada üçüncü yeri tutmasına kömək edib.

Mişel Pineda 1986-cı ildə İspaniyanın gənclər millisinin heyətində Avropa çempionu olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑