İdman · AZƏRTAC

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib xəbəri üçün şəkil

Moskva, 29 oktyabr,

15 yaşadək futbolçular arasında Beynəlxalq Futbol Federasiyasının (FIFA) dünya çempionatı və festivalı Bakıda çox yüksək səviyyədə təşkil olunub. Turnirin keçirilməsi üçün Azərbaycanda yaradılmış idman infrastrukturu xüsusilə diqqətəlayiqdir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov TASS agentliyinə müsahibəsində deyib.

“İlk növbədə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyinə və ölkə rəhbərliyinə təşəkkür etmək istəyirəm. Çünki qısa müddətdə festivalın keçirilməsi üçün bu cür idman infrastrukturu yaradılıb”, – deyə o bildirib.

Maksim Mitrofanovun sözlərinə görə, 15 yaşadək futbolçular arasında FIFA-nın dünya çempionatı və festivalı ilk dəfə təşkil olunur. Bakıda inşa edilmiş idman kompleksi isə özünəməxsusluğu ilə seçilir.

Rusiya Futbol İttifaqının baş katibi vurğulayıb ki, Rusiya tərəfi bu cür infrastrukturun yaradılması sahəsində Azərbaycanın təcrübəsini diqqətlə öyrənmək niyyətindədir.

O, Bakıda Rusiya yığmasına göstərilən səmimi münasibətdən də danışıb:“Bakı Rusiyada yaxşı tanınan və bizi səmimiyyətlə qarşılayan şəhərdir. Buna görə də yığmamız burada özünü çox rahat hiss edir”.

Yarışın təşkili məsələsinə toxunan Mitrofanov bildirib ki, bu qədər çox komandanın və hakim briqadasının iştirak etdiyi turnirin keçirilməsi ciddi səylər tələb edir. O, təşkilatçıların fəaliyyətinə dair heç bir iradının olmadığını qeyd edib.

Qeyd edək ki, Rusiya yığması pley-off mərhələsinin elit raunduna vəsiqə qazansa da, 1/16 finalda Meksika yığmasına 2:3 hesabı ilə məğlub olub. Rusiya futbolçuları bundan sonra 17–24-cü yerlər uğrunda mübarizə aparacaqlar.

Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑