Çimərlik futbolu üzrə “Marafon" İK komandası Türkiyədə keçirilən “World Winners Cup Alanya 2026” turnirində növbəti oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, temsilçimiz 25–26-cı yerlər uğrunda qarşılaşmada “Cevennes” kollektivi ilə üz-üzə gələcək.
Alanyadakı 2-ci meydançada baş tutacaq matç oktyabrın 29-da, Bakı vaxtı ilə saat 15:00-da (Türkiyə vaxtı ilə 14:00) start götürəcək.





