İdman · İdman.biz

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı xəbəri üçün şəkil

İngiltərənin “Mançester Yunayted” futbol komandasının heyətinin bazar dəyəri ona xərclənən puldan xeyli aşağı olub.

İdman.Biz “Transfermarkt”a istinadən xəbər verir ki, heyətin formalaşmasına 973 milyon funt (2,24 milyard AZN) xərclənib. Futbolçuların indiki dəyəri isə bu məbləğdən 187 milyon funt (430 milyon AZN) azdır.

Bu, Premyer Liqanın 20 klubu arasında ən böyük mənfi fərqdir. Faiz göstəricisinə görə “Mançester Yunayted”i (-19,2 faiz) yalnız “Tottenhem” (-20,7 faiz) qabaqlayır.

Klubun transfer siyasəti ilə bağlı tənqidlər baş məşqçi Maykl Karrikin mövqeyinin sarsıldığı dövrə təsadüf edir. Komandanın növbəti oyununu 31 oktyabr, saat 16:30-da səfərdə “Çelsi”yə qarşı olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑