İdman · İdman.biz

Kriştianu Ronaldu tarixi səsvermədəki qələbəsinə reaksiya verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kriştianu Ronaldu tarixi səsvermədəki qələbəsinə reaksiya verdi xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu “Bütün dövrlərin Qızıl topu” səsverməsində qazandığı qələbəyə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu X sosial şəbəkəsində paylaşım edərək bu uğuru azarkeşlərinə həsr edib.

“Futbol azarkeşlərə məxsusdur! Bütün dünyadakı azarkeşlərə təşəkkür edirəm. “Bütün dövrlərin Qızıl topu” sizə də məxsusdur”, - deyə Ronaldu yazıb.

Xatırladaq ki, “Qızıl top”un təşkilatçılarının keçirdiyi xüsusi onlayn səsvermədə Ronaldunun 2008-ci ildə qazandığı mükafat bütün dövrlərin ən yaxşısı seçilib.

Həmin vaxt “Mançester Yunayted”də çıxış edən portuqaliyalı futbolçu karyerasında ilk dəfə “Qızıl top”a sahib olmuşdu. Ronaldu ümumilikdə bu mükafatı beş dəfə qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑