İdman · Publika.az

UFC ulduzu plastik əməliyyata görə karyerasında fasilə verdi: Sinəsini böyüdəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
UFC ulduzu plastik əməliyyata görə karyerasında fasilə verdi: Sinəsini böyüdəcək xəbəri üçün şəkil

Braziliyalı UFC döyüşçüsü Luana Santos döş implantasiyası əməliyyatı keçirmək üçün karyerasında müvəqqəti olaraq fasilə verəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Luana bu barədə “AG Fight”a verdiyi müsahibədə deyib.

26 yaşlı idmançı əməliyyatın yaxın gələcəkdə baş tutacağını bildirsə də, dəqiq tarixi açıqlamamaq qərarına gəlib.

“Dəqiq nə vaxt olacağını deməyəcəyəm, çünki bəzi insanlar mənfi enerji yayırlar. May ayında geri dönməyi planlaşdırıram. Bu, Luana 2.0 olacaq. Bir müddət fasilə verməliyəm, başqa seçim yoxdur. Dörd ayda iki döyüş keçirdim, ona görə də bir az istirahət etməyə layiq olduğumu düşünürəm”, – Santos deyib.

Luana 2023-cü ildən bəri UFC-nin ən yüngül çəki dərəcəsində (61,2 kq-a qədər) mübarizə aparır. Bu müddət ərzində braziliyalı 12 qələbə qazanıb ki, bunlardan altısı vaxtından əvvəl olub. O, iki döyüşdə uduzub.

Publika.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑