BAKI, 4 noyabr. TELEQRAF
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İspaniyanın “Vilyarreal” komandasını səfərdə 6:0 hesabı ilə darmadağın edib.
Teleqraf xəbər verir ki, Paris təmsilçisi oyunun taleyini erkən həll edib. Belə ki, komanda artıq 17-ci dəqiqəyə qədər rəqib qapısından 4 qol keçirib. İkinci hissədə daha iki dəfə fərqlənən PSJ böyükhesablı qələbə qazanıb.
Bu nəticə ilə PSJ Çempionlar Liqasında Fransa klubları arasında rekorda imza atıb. Parislilər turnirdə ardıcıl 14 oyundur məğlub olmurlar. Bununla da onlar 2004-2006-cı illərdə eyni göstəriciyə nail olmuş “Lion”un rekordunu təkrarlayıblar.
Qeyd edək ki, PSJ cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində 4 turdan sonra 20 qol vurub.




