Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında keçirilən “Vilyarreal” – PSJ qarşılaşmasını idarə edib.
Futbolpress.az xəbər verir ki, görüş ispanların qələbəsiylə başa çatıb – 3:0.
Umudlu bu matçda iki futbolçuya sarı vərəqə göstərib. O, PSJ-nin oyunçuları Aksel Koukaba və Seydu Konateyə rəsmi xəbərdarlıq edib.
“Vilyarreal”ın U-19 komandası 4 turdan sonra 10 xalla 36 komanda arasında ikincidir. PSJ isə 7 xalla 8-cidir.




