İdman · AZƏRTAC

“Sabah”ın Çempionlar Liqasındakı rəqibinin qapıçısı İT mütəxəssisi kimi də çalışır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah”ın Çempionlar Liqasındakı rəqibinin qapıçısı İT mütəxəssisi kimi də çalışır xəbəri üçün şəkil

Bakı, 4 noyabr,

“Sabah”ın Çempionlar Liqasında qarşılaşacağı “Vikinq” klubunun qapıçısı Arild Östbo futbolçu fəaliyyəti ilə yanaşı, İT sahəsində də çalışır.

AZƏRTAC Norveçin TV 2 telekanalına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper “Bouvet” şirkətində informasiya texnologiyaları üzrə məsləhətçi vəzifəsini tutur.

Östbo yalnız futbolla kifayətlənmək istəmədiyi üçün əlavə işlə məşğul olmağa qərar verdiyini bildirib. O, hər iki fəaliyyətini paralel şəkildə davam etdirir.

Qapıçı karyerasının böyük hissəsini ehtiyat oyunçular sırasında keçirib. Cari ildə isə komandanın əsas qapıçısına çevrilib.

Qeyd edək ki, “Vikinq” – “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑