Niderlandın “Feyenoord” futbol klubunun azarkeşləri UEFA Çempionlar Liqasının oyunu zamanı stadionda yanğın təhlükəsi yaradıblar.
İdman.Biz xəbər verir ki, “İnter”in üçüncü qolundan sonra stadiondan kənarda olan azarkeşlər arenaya doğru fişənglər atıblar. Onlardan bəziləri meydançaya, digərləri isə stadionun damına düşüb.
Nəticədə damın bir hissəsində deşik yaranıb. Hadisə ilə əlaqədar polis iki nəfəri saxlayıb.
Baş verənlərə görə qarşılaşma iki dəqiqəlik dayandırılıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyanın “İnter” klubu Niderlandın “Feyenoord” komandası üzərində inamlı qələbə qazanıb.
Qarşılaşma Milan təmsilçisinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.



