İdman · Apasport.az

Yamal Mbappenin rekordunu qırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yamal Mbappenin rekordunu qırdı xəbəri üçün şəkil

“Barselona”nın ulduz futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının tarixində yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 19 yaşlı vinger turnirin ümumi mərhələsinin IV turunda “Aston Villa” ilə qarşılaşmanın 7-ci dəqiqəsində hesabı açıb.

Bu, Yamalın Çempionlar Liqasındakı 14-cü qolu olub.

Beləliklə, ispaniyalı futbolçu turnir tarixində yeniyetmə yaşında ən çox qol vuran oyunçu adına yiyələnib.

O, bu göstəricidə Kilian Mbappeni geridə qoyub. Fransalı hücumçu yeniyetmə yaşında Çempionlar Liqasında 13 qol vurmuşdu.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑