İdman · İdman.biz

“Turan”ın voleybolçusu: “Qələbə qazanmaq çox çətin oldu”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Turan”ın voleybolçusu: “Qələbə qazanmaq çox çətin oldu” xəbəri üçün şəkil

“Qələbə qazanmaq çox çətin oldu. Düşünürəm ki, əldə etdiyimiz uğur fərdi performansın deyil, bütün komandanın əzmkarlığının nəticəsidir”.

Bu sözləri CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Maritza Plovdiv” klubunu 3:0 hesabı ilə məğlub edən “Turan” komandasının voleybolçusu Yanq Hanyu deyib.

O, növbəti oyunda da qələbə qazanmağa ümid etdiklərini bildirib.

“Ümid edirəm ki, doğma meydanda keçiriləcək cavab görüşündə də qalib gələ biləcəyik. Hazırda çox həyəcanlıyam və hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Çox xoşbəxtəm. Ümid edirəm ki, növbəti oyunda heyətimiz tam olacaq. Bütün komanda üzvlərinin bir araya gələrək mübarizə aparması məni sevindirir. Komanda yoldaşlarıma təşəkkür edirəm”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 10-da keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑