Dünya · Publika.az

Trampla Putinin bazarlığının üç nəticəsi: Kim udub, kim uduzub?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampla Putinin bazarlığının üç nəticəsi: Kim udub, kim uduzub? xəbəri üçün şəkil

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında bağlanan dizel yanacağı müqaviləsi Rusiyaya qarşı sanksiyaları yumşaldır, Ukraynaya təzyiq göstərir və Avropa ölkələri üçün problemlər vəd edir.

Publika.az xəbər verir ki, bunu amerikalı geosiyasi analitik Patrik Henninqsen “YouTube” kanalında müqavilənin bu üç nəticəsini açıqlayıb.

Ekspert qeyd edib ki, "bu razılaşma eyni zamanda Ukraynaya təzyiq göstərir və Kiyevdən yeni qayıdan Avropa bürokratlarını çətin vəziyyətə salır. Bu, münasibətlərdə gərginlik yaradır, çünki indi münasibətlər olduqca həssas görünür".

Henninqsen hesab edir ki, Moskva mövcud vəziyyətdən maksimum fayda əldə edə bilib. Analitik qeyd edib ki, bu addım "avropalıların və Zelenskinin nüfuzuna böyük ziyan vurub".

9 oktyabrda Vladimir Putin və Donald Tramp Rusiya dizel yanacağının Amerika və qlobal bazarlara tədarükü barədə razılığa gəldilər. Bu məqsədlə Vaşinqton Moskvaya qarşı enerji sanksiyalarını 2027-ci ilin aprel ayına qədər yumşaltdı. Rusiya liderinin qeyd etdiyi kimi, bu, qlobal iqtisadiyyata kömək edəcək.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑