ABŞ Prezidenti Donald Tramp Ukrayna cəbhəsindəki son vəziyyət və Vaşinqtonun Kiyevə göstərdiyi dəstək barədə mühüm bəyanatla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, Tramp ABŞ-nin Ukraynaya hərbi kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmayacağını və bu prosesin davam edəcəyini vurğulayıb.
Ölkəsinin Ukraynaya yardımlarını davam etdirəcəyini qeyd edən ABŞ lideri, "Biz onlara yardım etmişik, edirik və edəcəyik" ifadəsini işlədib. Bununla yanaşı, Tramp Vaşinqtonun əsas məqsədinin münaqişəni uzatmaq deyil, mümkün qədər tez sülhə nail olmaq olduğunu bildirərək, "Sadəcə istəyirik ki, müharibə başa çatsın" deyə əlavə edib. Marqarita pizza
Nazim Hacıyev

