La Liqa prezidenti Xavyer Tebas “Real Madrid”i Neqreyra məsələsindəki mövqeyinə görə tənqid edib.
Publika.az xəbər verir ki, Tebas bu barədə İspaniya mətbuatına danışıb:
“Real Madrid” Neqreyra işini saqqız kimi uzadır. Madrid klubu inanır ki, Neqreyra onların oynadığı hər stadionda paltardəyişmə otağındadır.
Xatırladım ki, “Real Madrid”dən əvvəl prokurorluğa biz şikayət etmişdik. Madrid klubunun prezidenti “Neqreyra işi” ictimaiyyətə açıqlandıqdan sonra altı ay ərzində idarə heyətinin üzvü olaraq qaldı. İdarə heyətinin iclasında o, “Barselona”nı daim müdafiə edirdi. Çünki “Barsa” Super Liqanı dəstəkləyirdi.ş. “Barselona” layihədən çıxdıqda, hər şey dəyişdi.
İndi baş verənlər qəbuledilməzdir. “Barselona” daim hücum altındadır. Əgər əsas varsa, klub öz hərəkətlərinə görə cavab verməli olacaq, amma hazırda məsuliyyət daşıya bilməz, çünki məhkəmənin davam etdirilməsini tələb edən “Real Madrid”dir. “Barselona”nın işinin “Mançester Siti”nin işi ilə heç bir əlaqəsi yoxdur və bu, ədalətə təsir etməməlidir. Qərar burada, İspaniyada verilməlidir”.


