İdman · Globalinfo.az

İspaniyada futbolçunun ölümü ilə bağlı qərar: Kubok oyunları təxirə salındı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyada futbolçunun ölümü ilə bağlı qərar: Kubok oyunları təxirə salındı xəbəri üçün şəkil

İspaniya Kral Futbol Federasiyası (RFEF) “Tenerife”nin futbolçusu Xesus de Migelin vəfatı səbəbindən bu gün keçirilməsi nəzərdə tutulan ölkə kubokunun matçlarını təxirə salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Federasiyanın açıqlamasında təxirə salınmış qarşılaşmaların yeni tarixlərinin yaxın günlərdə müəyyənləşdiriləcəyi bildirilib.

30 yaşlı hücumçu Sequnda çərçivəsində “Tenerife” və “Andorra” komandaları arasında keçirilən oyunda rəqib qapıçı Xesus Ovononun ilə toqquşaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, bu gün İspaniya Kuboku çərçivəsində “Anaitasuna” – “Alaves” və “Pamplona” – “Eibar” matçları keçirilməli idi.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑