İdman · Ölkə.az

Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, türkiyəli futbol şərhçisi Rıdvan Dilmenin "X" hesabında paylaşdığı məlumata görə, İstanbul təmsilçisinin yeni baş məşqçisi Emre Belözoğlu olacaq.

"Son anda Konseysau variantı baş tutmadığı üçün Emre Belözoğlu "Fənərbağça"mızın sükanı arxasına keçdi! Ona ürəkdən uğurlar arzulayıram", - Dilmen yazıb.

Məlumata görə, "Kasımpaşa" rəhbərliyi Emre Belözoğlunun komandadan ayrılmasına razılıq verib.

"Fənərbağça" rəhbərliyinin bu axşam Belözoğlu ilə görüşəcəyi, sabah isə rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Emre Belözoğlunun klubla müqavilə imzalayacağı təqdirdə "Liverpul"la oyunda komandanı meydana çıxarmaq istədiyi bildirilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑