İdman · İdman.biz

FIFA prezidenti “Tenerife”nin vəfat edən futbolçusuna görə başsağlığı verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FIFA prezidenti “Tenerife”nin vəfat edən futbolçusuna görə başsağlığı verdi xəbəri üçün şəkil

FIFA prezidenti Canni İnfantino İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migelin faciəvi ölümü ilə bağlı başsağlığı verib.

İdman.Biz xəbər verir ki, ali futbol qurumunun rəhbəri sosial şəbəkə hesabında paylaşım edərək 30 yaşlı hücumçunun vəfatını böyük faciə adlandırıb.

“Tenerife”nin futbolçusu Xesus de Migel Alamedanın faciəvi ölüm xəbərini dərin kədərlə qarşıladıq. Onun vəfatı əsl faciədir. Ailəsi, dostları və onu tanıyan hər kəs Xesus üçün çox darıxacaq.

FIFA və bütün dünya futbol ictimaiyyəti adından bu son dərəcə çətin günlərdə onun ailəsinə, yaxınlarına və “Tenerife” klubunun kollektivinə ən səmimi başsağlığımı çatdırıram. Ruhu şad olsun”, - deyə İnfantino yazıb.

Xesus de Migel Sequndanın 12-ci turunda “Andorra” ilə keçirilən qarşılaşmada ağır zədə alıb. Matçın ikinci hissəsinə əlavə olunmuş yeddinci dəqiqədə rəqib qapıçı Xesus Ovonyo ilə toqquşan hücumçu meydanda huşunu itirib.

Futbolçunun ürək və tənəffüs fəaliyyəti dayanıb. Həkimlərin müdaxiləsindən sonra xəstəxanaya çatdırılan de Migelin həyatını xilas etmək mümkün olmayıb.

“Tenerife” klubu noyabrın 3-də futbolçunun vəfat etdiyini rəsmən açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑