Bakı, 3 noyabr,
Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Maritsa” klubunu məğlub edib.
Plovdivdə keçirilən qarşılaşma təmsilçimizin 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab görüşü noyabrın 10-da keçiriləcək.
Qeyd edək ki, “Turan” II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivini hər iki oyunda məğlub edib – 3:0, 3:2.




