İdman · Offsideplus.az

Turandan CEV Çempionlar Liqasında inamlı səfər qələbəsİ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Turandan CEV Çempionlar Liqasında inamlı səfər qələbəsİ xəbəri üçün şəkil
"Turan"dan CEV Çempionlar Liqasında inamlı səfər qələbəsİ

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.

Offsideplus.az xəbər verir ki, turnirin III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Maritsa"nın qonağı olan Azərbaycan çempionu səfərdən quru hesablı qələbə ilə ayrılıb. Görüş komandamızın 3:0 (25:22, 25:22, 25:20) üstünlüyü ilə yekunlaşıb.

Tərəflər arasında mərhələnin cavab görüşü noyabrın 10-da təşkil olunacaq.

Qeyd edək ki, "Turan" Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiya "Mladost"unu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırmışdı (3:0, 3:2).

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑